Sumqayıt: görsənməyən piyada keçidi yol nişanı sakinləri çaş-baş salır

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtda 16-cı mikrorayon ərazisində piyada keçidi yol nişanının görsənməməsi sürücü və piyadaları çaş-baş salır. Bu haqda bu gün, 11 dekabr tarixində Sumqayıt24-ə məlumat daxil olub.

İsmət Qayıbov küçəsində, Şəhanə restoranının yanında quraşdırılan bu yol nışanı uzaqdan gələn sürücülər tərəfindən seçilmir. Buna səbəb isə ağac budaqlarının nışanı bağlamasıdır. Həmin yerdə mövcud olan piyada zolağının isə rəngi solub. “Gecə vaxtı çox təhlükəlidir buradan yol keçmək. Sürücülər nə zolağı görür, nə də yol nişanı”, – deyə sakin bildirib.

Daha bir problem 40-cı məhəllə, “Qazilər binası”nın yanında olan piyada keçidində müşahidə olunur. Burada olan piyada zolağı uzun müddətdir ki, yenilənmir. Bu səbəbdən zolaq axşam saatlarında görsənmir.

Foto Sumqayıt24
Foto Sumqayıt24