Sumqayıt: günlərlə daşınmayan zibil antisanitariya yaradır

Total
0
Shares
Sumqayıt sakinləri zibilin vaxtında daşınmamasından şikayətlənirlər
Foto Sumqayıt24

Sumqayıt sakinləri zibilin vaxtında daşınmamasından şikayətlənirlər. Sumqayıt24 bu haqda 16 mart tarixində xəbər verir.

2-ci mikrorayon ərazisində konteynerlər aşıb-daşır. Sakinlər deyirlər ki, yığılmış zibil günlərdir ki, daşınmır. Nəticədə xoşagəlməz görüntü ilə yanaşı, məhəlləyə üfunət yayılır.

Həmçinin Alüminium zavodunun ətrafında da eyni vəziyyətdir. Ərazi uzun müddətdir ki,  tullantılarla doludur.