Sumqayıt: H.Z.Tağıyev qəsəbəsində nə yol var, nə də dayanacaq

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt şəhər Tağıyev qəsəbəsində yol örtüyündə olan çuxurlarda gölməçələr yaranır. Bu haqda 15 dekabr tarixində Sumqayıt24-ə məlumat daxil olub.

Hazırda problem Abdulla Şaiq küçəsində, 6 nömrəli məktəbin yanından keçən yolda mövcuddur. Burada il boyu yağış sularından yaranmış gölməçələr qurumur. Sakinlərin sözlərinə görə, asfalt örtüyü uzun müddətdir ki yenilənmir.

“Bu yol daimi işlənən yoldur. Buradan 30 nömrəli avtobus keçir, məktəblilər və qəsəbə sakinləri keçirlər. Yolun halına baxın. İşə, dərsə çatana kimi üst-başımız su olur”, – deyə sakin bildirib.

Digər bir problem isə 30 nömrəli avtobusun son dayanacağının baxımsız olmasıdır. Bu dayanacağın oturacağı yoxdur və demək olar ki onun tək dəmir konstruksiyası qalıb.

Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24