Sumqayıt: Hacı Zeynalabdin qəsəbəsində ata oğlunun evini yandırıb

Total
0
Shares
Envato
Envato

Sumqayıtın Corat qəsəbəsində yanğın baş verib. Bu barədə APA məlumat yayıb.

1 avqust, 63 yaşlı Ağabaxış Abdiyev məişət zəminində düşən mübahisə nəticəsində, oğlu Nizami və gəlini Aygülün fərdi yaşayış evini yandırıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və nəticədə alov söndürülüb. Yanğın zamanı evin çox hissəsi yararsız hala düşüb.

Bildirilir ki, Ağabaxış Abdiyev spirtli içki aludəçisidir. Ev son iki ildə ikinci dəfədir ki, yandırılır. 

Faktla bağlı araşdırma aparılır.

Daha öncə, 17 iyul Sumqayıt şəhərində 18-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş vermişdir. 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və 25 kv.m. sahəsi yanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir