Bu gün Sumqayıtda dezinfeksiya işləri həyata keçirilib. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Məlumata əsasən, park və xiyabanlarda oturacaqlar xüsusi məhlullarla dezinfeksiya edilib. Həmçinin bankların və marketlərin girişlərində, dayanacaqlarda, ictimai nəqliyyat vasitələrində tibbi-profilaktik tədbirlər görülüb.
Respublika üzrə 10 avqust tarixində 1736 yeni yoluxma qeydə alınmışdır. Epidemiyanın qarşısını almaq məqsədilə dezinfeksiya işləri bundan sonra da görüləcək.