“Sumqayıt” – “Keşlə” oyununu idarə edəcək hakimlərin adları məlum oldu. Bu haqda Azərbaycan Peşəkar Futbol Liqasının saytına istinadən xəbər veririk.
15 dekabr saat 19:00-da başlayacaq oyun Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli və Rövşən Rəcəbova həvalə edilib. Oyunun hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi isə İlham Əliyev olacaq.
Qeyd edək ki, “Sumqayıt” FK rəqibini “Kapital Bank Arena” stadionunda qarşılayacaq.