“Sumqayıt” bu gün son yoxlama oyununu keçirəcək. Sumqayıt24 bu haqda 26 iyul tarixində xəbər verir.
Futbolçularımız Türkiyənin Ərzurum şəhərində yeni mövsümə hazırlaşırlar. Samir Abasovun yetirmələri 1-ci liqa təmsilçisi “Ərzurumspor”la yoldaşlıq oyununda üz-üzə gələcək.
Matç “Yüksek İrtifa” məşq mərkəzinin stadionunda yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) başlayacaq.