“Sumqayıt” futbol klubu çempionatda növbəti oyununu keçirəcək. Sumqayıt24 bu haqda 2 oktyabr tarixində xəbər verir.
Komandamız Misli Premyer Liqasının 9-cu turunda Gəncənin “Kəpəz” kollektivini qəbul edəcək. Matç 8 oktyabr saat 16:30-da “Kapital Bank Arena” stadionunda keçiriləcək.
Qarşılaşma “CBC Sport” telekanalında canlı yayımlanacaq.