“Sumqayıt” doğma meydanında növbəti oyun keçirəcək. Sumqayıt24 bu haqda 18 noyabr tarixində xəbər verir.
Misli Premyer Liqasının 14-cü turu çərçivəsində komandamız “Zirə”ni qəbul edəcək. Matç 26 noyabr saat 18:00-da “Kapital Bank Arena” stadionunda baş tutacaq.
Qeyd edək ki, hazırda “Sumqayıt” 21 xalla turnir cədvəlində 3-cü, rəqibi isə 27 xalla 1-ci pillədədir.