“Sumqayıt” futbol klubu böyük hesabla məğlub olub. Sumqayıt24 bu haqda 16 mart tarixində xəbər verir.
Premyer Liqada 27-ci turun matçları keçirilib. Komandamız “Kapital Bank Arena” stadionunda “Qarabağ”ı qəbul edib. Oyun Ağdam klubunun 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda 21 xalı olan “Sumqayıt” turnir cədvəlinin 7-ci pilləsindədir.