Sumqayıt şəhərində köşk və yaxınlıqda dayanan iki yük avtomobili yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi bu gün, 15 dekabr tarixində məlumat yayıb.
Məlumata əsasən, ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyadan ibarət köşk alışıb. Daha sonra yanğın yaxınlıqda olan iki yük avtomobillinə keçib. “КамАЗ” markalı avtomobilin salon hissəsi və qismən təkərləri yanıb. “ЗИЛ” markalı avtomobilin isə təkərləri qarsalanıb.
Əraziyə gələn yanğınsöndürənlər alovu söndürüb, yaxınlıqda olan digər avtomobilləri yanğından mühafizə ediblər.