Sumqayıt: küçələrdə abadlıq işləri davam edir

Total
0
Shares
Açıq mənbələrdən foto
Açıq mənbələrdən foto

Sumqayıtın mərkəzi küçələrinin birində abadlaşdırma işləri aparılır. Bu barədə bu gün, sosial şəbəkələrdə məlumat yayılıb.

Hazırda, 20 yanvar küçəsinin Nəriman Nərimanov mədəniyyət evindən Asan Xidmətədək olan hissəsində asfalt örtüyü dəyişdirilir. Təmir işlərinə çox sayda texnika və insan qüvvəsi cəlb olunub.

Həmçinin, Üzeyir Hacıbəyov küçəsində yolun təmiri davam edir. Hər iki küçədə avtomobil hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Şəhərin ən uzun sayılan Səməd Vurğun (11 km) küçəsi boyunca səkilərə tamet döşəmə piltələri vurulur. Yolun Azərbaycan prospektindən Nizami küçəsinə qədər aparılan abadlaşma işləri yaxın zamanda yekunlaşacaq. Küçənin digər hissələrində də təmir-bərpa işləri planlaşdırılır.

Heydər Əliyev prospektində də yolun sağ və sol hissələrində döşəmə piltələri vurulur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir