İnsanların rahat hərəkət etməsi üçün Sumqayıtın mərkəzi küçələrinin səki hissələrində bərpa işləri görülür. Bu barədə, bu gün 4 avqust məlumat yayılıb.
Şəhərin ən uzun sayılan Səməd Vurğun (11 km) küçəsi boyunca səkilərə tamet döşəmə piltələri vurulur. Yolun Azərbaycan prospektindən Nizami küçəsinə qədər aparılan abadlaşma işləri yaxın zamanda yekunlaşacaq. Küçənin digər hissələrində də təmir-bərpa işləri planlaşdırılır.
Həmçinin Heydər Əliyev prospektində yolun sağ və sol hissələrində döşəmə piltələri vurulur.
Bundan əvvəl, iyul ayında Sumqayıt şəhərinin Nəriman Nərimanov və Üzeyir Həcibəyov küçələrində asfalt örtüyü dəyişdirilmişdir.