Sumqayıtda işıqforun olmaması hərəkəti çətinləşdirib. Sumqayıt24 bu haqda 17 noyabr tarixində xəbər verir.
Çerkassı və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində 4 işıqfor var idi. Sakinlərin sözlərinə görə, onlardan birinə 3 həftə əvvəl avtomobil çarpılıb və o, sıradan çıxıb. Bu vəziyyət sürücüləri çaşbaş salır, qəza təhkükəsi birə-beş artır.