Sumqayıt: Lüdviqshafen parkında işlərin yekunlaşacağı vaxt məlum oldu

Total
38
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıtın 9-cu mikrorayonunda yerləşən Lüdviqshafen (alman) parkında aparılan işlərin bitmə vaxtı məlum olub. Bu haqda Sumqayıt24-ün müxbiri bu gün, 15 dekabr tarixində xəbər verib.

Əldə etdiyimiz məlumata görə, burada aparılan işlərin 2022-ci ilin yanvar ayında yekunlaşdırılması planlaşdırılır. Həmin park ərazisində 6 aya yaxındır ki, yer qazılıb və köhnəlmiş kanalizasiya boruları oradan çıxarılaraq yeniləri ilə əvəz edilir.

Hazırda, işlər “Aygün” məclis evinin yanında davam etdirilir.

Foto Sumqayıt24
Foto Sumqayıt24