Sumqayıt: “Metallurq” yataqxanası baxımsız vəziyyətdədir

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt şəhərinin 26-ci məhəlləsində yerləşən yataqxananın zirzəmisinə su yığılır. Bu problemlə bağlı sakinlər Sumqayıt24-ə müraciət ediblər.

“Metallurq” yataqxanasının sakinlərinin sözlərinə görə, zirzəmi uzun müddətdir ki təmir olunmur. Burada yığılan çırkab sular, ətrafa pis qoxu yayır. Bu səbəbdən, binanın divarları, tavanı nəm qalır.

“Biz burada nəmişdikdən birtəhər oluruq. Həm iy, həm ağcaqanad, həmdə ki hamımız xəstəlik tapırıq”,- sakin bildirib.

Bundan əlavə, sakinlər binanın daxilinin təmirsiz olmasından narazıdılar.