Sumqayıt Musiqi Kolleci ilə müştərək layihə olan “Kimdir müqəssir” tamaşası səhnələşdirilib

Total
0
Shares
Sumqayıt Dövlət Dram Teatrında "Kimdir müqəssir" tamaşası nümayiş olunub
Foto Sumqayıt Dövlət Dram Teatrı

Sumqayıt Dövlət Dram Teatrında “Kimdir müqəssir” tamaşası nümayiş olunub. Bu haqda 26 may tarixində Sumqayıt24 teatra istinadən xəbər verir.

Sumqayıt Musiqi Kolleci ilə müştərək layihə olan tamaşaya – Əbdürrəhim bəy Haqverdiyevin yazdığı vodevilə rejissor Fuad Kazımov quruluş verib. Rollarda Dağlar Rüstəmov, Vəfa Qurbanova və Elmir Mehdiyev oynayıblar. Kollecin müəllimi Könül Bəkirovanın rəhbərliyi altında tələbələr canlı musiqi ifa ediblər. Tamaşadan sonra panel-müzakirə olub.

Layihənin gənclərdə teatra həvəs yaradılması baxımından mühüm əhəmiyyət kəsb etdiyi söylənilib.