Sumqayıtın 9-cu mikrorayon ərazisində yerləşən Araz marketin önündə orta yaşlı kişinin halı pisləşib. Hadisə iyulun 20-si gecə saatlarında baş verib.
“Kişi narkotik maddə istifadəçisidir. Patının təsirindən yerə yıxılıb, nəfəs ala bilmirdi. Ətrafdakılar onun üzünə su vururub ayıltmağa çalışsalar da, özünə gətirə bilmədilər. Sonra təcili tibbi yardım gəlib onu apardı.” – deyə hadisə şahidi bildirib.
Bakı və Lənkərandan sonra Sumqayıt narkotik istifadəçilərinin sayına görə üçüncü yerdədir. Belə ki, cari ilin yarısına kimi şəhərdə resmi olaraq 2264 narkotik istifadəçisi qeydə alınıb.