Sumqayıtda narkotik vasitələrinin dövriyyəsinin qarşısı alınıb

Total
0
Shares
Envato
Envato

Sumqayıtda narkotik vasitələrinin qanunsuz dövriyyəsinə görə 4 nəfər saxlanılıb. 

Şübhəli bilinən 41 yaşlı Maqbet Bəşirovun evindən yarım kiloqrama yaxın heroin və kustar üsülla düzəldilmiş tüfəng aşkarlanıb. O narkotik vasitəni Bakıda İran vətəndaşından əldə etdiyini bildirib.

Bununla yanaşı, Bəşirovun və onun tanışı 48 yaşlı Akif Məhərrəmovun Sumqayıtın Xəzər bağları yaşayış massivində yerləşən evlərin birindən motosiklet oğurladığı da məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində Məhərrəmov Sumqayıtın “Betonzavod” yaşayış massivi kimi tanınan ərazisində saxlanılıb. Onun üzərindən elektron tərəzi və 33 ədəd narkotik bağlama aşkarlanıb. 

Polis əməkdaşlarının keçirdiyi daha bir əməliyyat zamanı şəhərin 41-ci məhəllə sakinləri Kənan İsmayılov və Valeh Məmmədov da saxlanılıb. Onların üzərindən narkotik vasitələr tapılıb. Valeh Məmmədovun yaşadığı evdə müxtəlif bükümlərdə olan 11 qrama yaxın heroin aşkar edilib.

Saxlanılan şəxslər istintaqa cəlb edilib,  araşdırma davam edir.

Sumqayıt şəhər Polis İdarəsinin son 6 ay ərzində keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir