Sumqayıt: Novxanı bağlarında dağılmış yol bərpa edilir

Total
0
Shares
Envato
Envato

Sumqayıt şəhəri Novxanı bağları ərazisində dağılmış yol yenidən təmir olunur. Bu haqda DünyaTV məlumat yayıb.

Şəhər Bələdiyyəsi tərəfindən həyata keçirilən bərpa işləri Samur-Abşeron kanalı boyunca aparılır. Burada yaranmış nahamarlıqlar aradan qaldırılır, yola çınqıl daş səpilir. Təmir işləri bitdikdən sonra isə bura asfalt çəkiləcək. Hazırda, əraziyə xüsusi texnika cəlb olunub.

Bələdiyyənin Memarlıq və Tikinti şöbəsinin müdiri Babək Hüseynov bildirib ki, həmin yol bir neçə il əvvəl kanalın bərpası zamanı dağılmışdır. Səbəb isə bərpa işlərində ağır tonajlı texnikaların istifadə olunması olub.