“Sumqayıt” FK daha bir əcnəbi futbolçu keçidini reallaşdırıb. Bu haqda 22 iyul tarixində Sumqayıt24 kluba istinadən məlumat verir.
“Gənclik şəhəri” komandası pakistanlı futbolçu İsa Suliman ilə 2 illik müqavilə imzalayıb.
“Aston Villa”nın akademiyasının yetirməsi olan 25 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində İngiltərənin “Çeltenhem”, “Qrimsbi Taun”, Niderlandın “Emmen”, Portuqaliyanın “Nasional”, “Vilafrankeze” və “Vitoria Gimaraeş” klublarında çıxış edib.
İsa İngiltərənin U-16, U-17, U-18, U-19, U-20, Pakistanın isə əsas milli komandasına da cəlb olunub.