Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndəsi Abşeron rayonunda fəaliyyət göstərən daha bir məktəbdə seminar keçirib. Bu haqda Mərkəzin İnstagram səhifəsinə istinadən xəbər veririk.
Belə ki, bu səfər Zümrüd Abbasova Qobu 1 saylı tam orta məktəbin Peşə Təmayüllü siniflərinin şagirdləri ilə görüşüb. O, seminar zamanı şagirdllərə peşə təhsili və təlimi pilləsi effektivliyi, bu pillə ilə əmək bazarına inteqrasiya haqda və digər maraqlı məqamlar barədə məlumat verib.