Sumqayıt prokurorluğunun veteran müstəntiqi qurumun yubiley tədbirinə qatılıb

Total
0
Shares
Prokurorluq orqanlarının yaranmasının 105-ci ildönümü ərəfəsində Baş Prokurorluqda görüş keçirilib
Foto Baş prokurorluq

Prokurorluq orqanlarının yaranmasının 105-ci ildönümü ərəfəsində Baş Prokurorluqda görüş keçirilib. Sumqayıt24 bu haqda 29 sentyabr tarixində xəbər verir.

Tədbirə şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, qurumun veteranları və Vətən müharibəsində iştirak edən işçiləri qatılıblar. Baş prokuror Kamran Əliyev şəhid ailə üzvlərinə dərin hörmətini ifadə edib, əsl qəhrəmanlıq nümunələri göstərən, şəhidlik zirvəsinə ucalan həmkarların ömür yolunun hər bir prokurorluq əməkdaşı üçün örnək olduğunu bildirib.

İştirakçılar arasında müharibə iştirakçısı, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Xalıq Dadaşzadə də yer alıb. O, çıxışında göstərilən diqqət və qayğıdan, sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərdən məmnunluğunu ifadə edib.

Sonda xatirə fotoşəkli çəkdirilib.