Sumqayıt Qadın Resurs Mərkəzində keçirilən Liderlik, Kompüter savadlılığı və Əsas mühasibatlıq təlim kursları yekunlaşıb. Sumqayıt24 bu haqda 27 may tarixində xəbər verir.
ABŞ İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən BMqT-nin İnsan Alverinə Qarşı Mübarizə üzrə Fəaliyyət layihəsi çərçivəsində təşkil olunmuş təlimlərdən ümumilikdə 30 qadın faydalanıb. Məqsəd cəmiyyətin həssas qruplarından olan qadınların təhlükəsiz və sabit iş tapmaq imkanı verən rəqəmsal və qeyri-texniki bacarıqlarını təkmilləşdirməkdir.