Sumqayıt: qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

Total
0
Shares
Envato
Envato

Bu gün, 28 iyul tarixində Sumqayıt Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən qanunsuz ovla məşğul olan bir neçə şəxs saxlanılıb. Sahilyanı ərazi sintetik torlardan və qadağa olunmuş digər ov vasitələrdən təmizlənib.

Saxlanılan şəxslərə protokollar tərtib edilib və qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Bundan əvvəl, 21 iyunda keçirilən reyd zamanı 3 nəfər saxlanılmışdır. Qayığa baxış zamanı içərisində ovu qadağan olunmuş ümumi çəkisi 620 kq olan 106 ədəd nərə cinsli balıq aşkar edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir