Sumqayıt: Şəhidlər Xiyabanı yenidən qurulur

Total
0
Shares
Foto Sumqayıt İcra Hakimiyyətin saytından
Foto Sumqayıt İcra Hakimiyyətin saytından

Sumqayıtın Şəhidlər Xiyabanında yenidən qurma işləri davam etdirilir. Orada bir sıra dəyişikliklər həyata keçirilir.

Məlumata əsasən, iyulda tam təmiri başlayan Xiyabanın girişində, sol və sağ hissələrində heykəllər və ağır konstruskiyalı atributlar və fiqurlar olacaq, həmçinin inzibati otağın tikintisi də aparılır. Mərkəzdə “Əsgər” heykəli qoyulacaq. Burada 30 metr hündürlüyü olan bayraq dirəyi ucaldılacaq. Yaşıllaşdırma işləri aparılır. İşıqlandırma sistemi dəyişdirilir.

Xiyaban 1992-ci ildə Sumqayıt şəhərində yaradılıb. 1992-ci il fevralın 4-də Rəhman Sadiq oğlu Qəhrəmanov xiyabanda dəfn olunan ilk şəhid olub. Ümumilikdə birinci və ikinci Qarabağ müharibəsindən sonra Sumqayıt Şəhidlər Xiyabanında 510 şəhid torpağa tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir