Sumqayıt şəhidi Daşqın Ağayevin doğum günüdür

Total
0
Shares
Şəhid kiçik çavuş Daşqın Ağayevin mövlududur
Foto açıq mənbələrdən

Şəhid kiçik çavuş Daşqın Ağayevin mövlududur. O, 21 noyabr 1987-ci ildə Sumqayıt şəhərində doğulub.

Daşqın Ağayev 1993-2004-cü illərdə 29 nömrəli məktəbdə təhsil alıb. 2006-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başlayıb.

Kiçik çavuş Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə savaşıb. Daşqın Ağayev 27 sentyabr 2020-ci ildə şəhadətə ucalıb.

Ailəli idi. 2 övladı yadigar qalıb.

Qeyd edək ki, şəhidimiz “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.