Sumqayıt sakini oğurluq əməli törətməkdə şübhəli bilinir. Bu haqda 22 iyul tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini Mahir Ağayev saxlanılıb.
M.Ağayev Bakı şəhərinin Səbail rayonu ərazisində “Mercedes” markalı bir avtomobilin salonunda olan çantadan 3.100 dollar, 1.500 lirə və 400 lari oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.