Sumqayıt sakini qanunsuz silah satarkən yaxalanıb

Total
0
Shares
Axtarışda olan Sumqayıt sakini cinayət üstündə saxlanılıb
Foto Daxili İşlər Nazirliyi

Axtarışda olan Sumqayıt sakini cinayət üstündə saxlanılıb. Sumqayıt24 bu haqda 17 noyabr tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Üzərində qanunsuz silah gəzdirən əvvəllər məhkum olunmuş, müxtəlif cinayətlərdə şübhəli bilindiyi üçün axtarılan 52 yaşlı Mübariz Mirzəyev tutulub.

Ondan 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb. M. Mirzəyev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq istədiyini bildirib.

Araşdırmalar davam etdirilir.