Sumqayıtın Saray qəsəbəsi tərəfdən girişində hər gün tıxac yaranır. Sosial şəbəkələrdə bu barədə geniş müzakirələr aparılır.
Beləliklə, hər gün saat 19:00-dan 22:00-dək “Saray körpüsü”nün üzərində və körpüyə gedən yolda tıxac yaranır. Bu səbəbdən sürücülər burada çox vaxt itirdiklərini söyləyirlər.
Sosial şəbəkələrdə sakinlərin rəyləri:
“Ensiz yoldur, bir maşın xarab olanda 2 dəqiqəyə böyük tıxac yaranır. Körpünü genişləndirmək lazımdır. Həmdə tıxacın səbəbkarları 2 zolaqlı yolda 3-cü və 4-cü zolaq yaradan sürücülərdir”,- Facebook istifadəçisi rəy bildirib.
“Yaxşı olardı əgər bu yolu da Bakı-Sumqayıt yolu kimi genişləndirsəydilər. Onda belə tıxaclara az rast gəlinərdi”,- başqa bir istifadəçi yazıb.