Ayxan Abbasovun baş məşqçisi olduğu “Sumqayıt”, Serbiyanın “Çukariçki” futbol klubu ilə Belqrad şəhərindəki stadionda qarşılaşacaq.
İsveçrəli hakim Fedayi Sanın idarə edəcəyi görüş 21 iyul Bakı vaxtilə 22:00-da başlanacaq. “Sumqayıt” – “Çukariçki” qarşılaşmasına stadionun 50% tutumu qədər azarkeş buraxılacaq.
Turnirdə UEFA-ya üzv olan ölkələrdən 55 futbol komanda təmsil olunacaq. Bu, Azərbaycan klublarının Konfrans Liqasındakı ilk oyunu kimi də tarixə düşəcək.