Sumqayıtın Zeynalabdin Tağıyev qəsəbəsində təhlükə saçan işıq dirəyi var. Bu haqda yerli sakinlər Sumqayıt24-ə məlumat veriblər.
Həmin dirək, qəsəbədən Sumqayıt şəhərinə gedən yolun kənarında yerləşir. Ehtimal olunur ki, o, bir müddət əvvəl əsən güclü külək səbəbindən əyilib və hər an aşa bilər. Sürücülər bu dirəyin altından keçməyə çəkinirlər, səbəb kimi isə külək əsən zaman onun yellənməsidir.
Daha əvvəl, Saray qəsəbəsində bir dirəyin aşması, digərinin isə aşma üzrə olması barədə xəbər vermişdik.