Sumqayıt Tibb Mərkəzi bayramda gücləndirilmiş iş rejimində çalışacaq

Total
0
Shares
Sumqayıt Tibb Mərkəzi bayramda gücləndirilmiş iş rejimində çalışacaq
Foto Sumqayıt Tibb Mərkəzi

Sumqayıt Tibb Mərkəzi (STM) qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu haqda 18 mart tarixində Sumqayıt24 STM-ə istinadən xəbər verir.

STM-in direktoru Səkinə Sadıxova tabeli tibb müəssisələri baş həkimlərinin, inzibati heyətin iştirakı ilə iclas keçirib. Sadıxova kollektivi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacağı ilə bağlı müvafiq müəssisələrin rəhbərlərinə tapşırıqlarını verib.

Qeyd olunub ki, STM-in məsul şəxslərindən ibarət növbətçilik yaradılacaq, hər hansı bir qüsur yaranarsa, dərhal aradan qaldırılacaq.