Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına psixoloji dəstək göstərmək məqsədi ilə FHN-i tərəfindən Türkiyədən dəvət olunan psixoloqlar iluyun 13-dən Sumqayıtda fəaliyyətə başlayıblar.
Qəbula yazılmaq üçün 112 çağrı mərkəzində növbə tutmaq lazımdır. Psixoloq xidməti Sumqayıtda, Zülfü Hacıyev 79 ünvanında yerləşən YAP-ın inzibati binasında təşkil olunub. Xəstə qəbulu həftə içi 5 gün saat 10:00-dan 16:00-dək heyata keçirilir. İki həkim, bir qadın və bir kişi xidmət göstərirlər.
Bundan öncə, iyulun 13-dək Gəncədə 225, Bərdədə 245, Lənkəran və Qəbələdə isə müvafiq olaraq 144 və 125 vətəndaş psixoloji yardım üçün qəbula yazılıb. Müraciət edənlərin 60 faizi müharibə iştirakçıları, 20-25 faizi isə erməni terrorundan zərər görmüş digər şəxslərdir.
20 nəfərdən ibarət türkiyəli psixoloqlar heyəti Vətən Müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlara yardım məqsədilə bu ilin yanvarında dəvət olunublar.