Avropa konfrans liqasının II mərhələsinin növbəti “Sumqayıt” və “Çukariçki” qarşılaşması Sumqayıtın Kapital Bank Arenasında keçiriləcək. Oyun 29 iyul, 20:00-da baş tutacaq.
Kapital Bank arenası 1300 tamaşaçı tutumuna malikdir. Stadionun 50%-nin doldurulmasına icazə verilib. Biletlər satışa çıxarıldığı gün ərzində satılıb.
Oyun ITV kanalında yayımlanacaq.
Bir həftə əvvəl Belqradda oynanılan matç heç-heçə ilə bitmişdi.