Sumqayıtda konsert olacaq. Sumqayıt24 bu haqda 6 noyabr tarixində xəbər verir.
Konsert proqramı 8 Noyabr – Zəfər Gününə həsr olunub. Şənlik sözügedən bayram günü saat 18:00-dan sonra başlayacaq. Hazırda Sumqayıt Dövlət Dram Teatrının önündə hazırlıq işləri aparılır.
Konsertdə çıxış edəcək məşhurların adları hələlik açıqlanmayıb.