Sumqayıtda həyat yoldaşını oteldə boğaraq öldürən şəxsə hökm oxundu. Bu barədə bu gün, 12 avqust tarixində məlum oldu.
Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsində 30 yaşlı Orxan Həsənovun cinayət işi üzrə araşdırmalar bitib. Məhkəmənin qərarı ilə Həsənov qəsdən adam öldürmə maddəsi ilə 9 il müddətinə həbs olunub.
17 yanvar 2021-ci ildə Orxan Həsənov şəhərdə yerləşən otellərdən birində arvadı Həsənova Aişəni qısqanclıq zəmnində balıncla boğaraq qətlə yetirmişdi.