Sumqayıtda “Azərişıq” ASC-nin işçisi Vaqif Bədəlov bıçaqlanıb. Bu haqda Baş Prokurorluğun Telegram kanalına istinadən xəbər veririk.
Hadisə 13 dekabr, saat 18:00 radələrində baş verib. Elektrik Şəbəkəsinin Enerji satış sahəsinin nəzarətçi mühəndisi olan Bədəlov 13-cü mikrorayon ev 36 ünvanında abonentin enerji xəttinə baxış keçirirdi. Bu zaman həmin ünvanda yaşayan Mübariz Mahmudov onun belinə bıçaqla xəsarət yetirmiş və zor tətbiq etməklə müqavimət göstərmişdir.
Hadisədən dərhal sonra Mahmudov saxlanılıb və onun haqqında “hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə” maddəsi ilə cinayət işi başlanılıb.