Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində bayram tədbiri baş tutub. Bu haqda 18 mart tarixində Sumqayıt24 “Mədəniyyət Xəbərləri”nə istinadən məlumat verir.
“Xoş ətirli Novruzum” adlı tədbirdə əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra məktəbin istedadlı şagirdləri Novruz bayramının adət-ənənələrindən danışıb, haxıştalar söyləyiblər. Şagirdlərin ifasında milli xalq rəqsləri və mahnıları səsləndirilib. Bahar qız, Kosa və Keçəlin çıxışları tədbiri daha maraqlı və rəngarəng edib. Şənliyin sonunda rəsm şöbəsinin şagirdlərinin Novruz bayramına həsr etdikləri sərgi maraqla qarşılanıb.