Sumqayıt şəhərində bir nəfər köməksiz halda bağlı qapı arxasında qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) rəsmi saytında məlumat yayıb.
FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb vətəndaşı halsız vəziyyətdə tapıblar. Zərərçəkəni aidiyyəti üzrə təhvil veriblər.
Daha öncə, 29 iyul tarixində Bakının Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin meyiti tapılmışdır. Aşkarlanan 70 yaşlı İftixar Quliyevin meyiti aidiyyəti üzrə təhvil verilmişdir.