Sumqayıtda bir qrup vəkilə təşəkkür elan edilib. Bu haqda 18 mart tarixində Sumqayıt24 Yenilik.az-a istinadən xəbər verir.
Mübahisələrin alternativ həllinə üstünlük verərək mediasiya institunun inkişafında fəallıq göstərən 1 saylı Vəkil Bürosunun vəkili Həqiqət Dadaşovaya, Sumqayıt Regional Vəkil bürosunun vəkilləri Gülnur Qasımlı, Günay Cəfərova və Nigar Hüseynovaya təşəkkürnamələr təqdim edilib. Təşəkkürnamələr Sumqayıt 1 saylı Mediasiya təşkilatı tərəfindən verillib.