Sumqayıtda daha 3 narkotacir saxlanıldı

Total
0
Shares
Envato
Envato

Sumqayıtın müxtəlif ərazilərində narkotik alveriylə məşğul olan 3 şəxs saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat yayılıb.

Keçirilən əməliyyat zamanı şəhər sakiniləri Etibar Məmmədov, Ayaz Həsənov və Rafiz Kərimovun üzərində 400 qram marixuana, 350 qrama yaxın heroin və elektron tərəzilər aşkar edilib. Hər üç şəxs izahatlarında narkotik dövriyyəsiylə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Daha öncə, 2 avqust tarixində Sumqayıt sakini M.Səfərov Biləsuvar polisi  tərəfindən tutulmuşdur. Onun üzərində 40 qrama yaxın metamfetamin (“patı”) və 50 qramdan artıq heroin aşkar edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir