18-ci məhəllə, bina 2/29-da mənzillərin tavanından su sızır. Sumqayıt24 bu haqda 3 oktyabr tarixində xəbər verir.
Problem, əsasən, güclü yağışlardan sonra ortaya çıxır. Sakinlərin şikayətindən sonra aidiyyəti qurumun əməkdaşı gələrək əraziyə baxış keçirib. Bildirilib ki, damın aqlayında çatlar əmələ gəlib və yağış suları mənzillərə axır.
Məlumata görə, problemin həlli istiqamətində hələ ki tədbir görülməyib.