Sumqayıtda evlərin altından keçən kanalizasiya suları daşıb

Total
0
Shares
Xəzər bağlarında həyətləri çirkab sular basıb
Foto Xəzər Xəbər

Xəzər bağlarında həyətləri çirkab sular basıb. Sumqayıt24 bu haqda 4 mart tarixində Xəzər Xəbər-ə istinadən xəbər verir.

Məlumata görə, fərdi yaşayış evlərinin altından böyük kanalizasiya xətti keçir. Şikayətçi Ahim İbrahimovun sözlərinə görə, vaxtilə onlara torpağı satan şəxs deyib ki kanalizasiya xətti doldurulub və heç bir problem yaşanmayacaq. Lakin ötən ilin iyul ayından etibarən sular çölə axmağa başlayıb. Ərazini üfunət bürüyüb.

Sumqayıt Sukanal İdarəsinin əməkdaşları həmin ünvanlara baxış keçiriblər. Hazırda xətlərin hansı evlərin altından keçdiyi müəyyənləşdirilir. Sonra isə lazımi tədbirlər görüləcək.