Sumqayıtda gecə saatlarında keçirilən monitorinqin nəticələri açıqlandı

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Sumqayıtda keçirilən monitorinqlər zamanı “Baku Non Ferrous and Foundry Company” MMC və H.Z.Tağıyev adına qəsəbədə fəaliyyət göstərən yağ zavodunda nöqsanlar aşkar edilib. Toplanan sənədlər Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məlumatı Ekoloqiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

Daha öncə, 5 avqust keçirilən monitorinq zamanı havaya normadan artıq kimyəvi maddələrin buraxıldıği məlum olub. Hər iki müəssisə 10.500 manatdan 12.500 manatadək cərimələnə bilər.

Bu, son həftə ərzində artıq 3-cü monitorinqdir.

Sumqayıtda yerləşən məişət tullantıları poliqonunda neçə müddət davam edən yanğın sakinlərin narazılığına səbəb olmuşdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir