Veteran idmançı Rəhim Novruzovun yubileyidir. Sumqayıt24 bu haqda 26 sentyabr tarixində Azərbaycan Güləş Federasiyasına (AGF) istinadən xəbər verir.
Sərbəst güləş üzrə SSRİ xalqlarının Spartakiadasının qalibi, SSRİ çempionu, Avropa çempionatının bürünc medalçısı, beynəlxalq turnirlərin qalibi, dəfələrlə Azərbaycan çempionu, Sumqayıt güləşinin inkişafında böyük əməyi olan Rəhim Novruzov 65 yaşını qeyd edib.