Sumqayıtda “Hədəf” adlı tir atıcılığı turniri keçirilib

Total
0
Shares
Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi
Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi

Sumqayıt şəhərində müxtəlif gənclər təşkilatlarını təmsil edən 9 komanda “Hədəf” tir atıcılığı turnirində iştirak edib.

“Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuş yarış gənclərin çağırışa qədər hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli keçirmək məqsədi ilə təşkil olunub.

Turnirdə – Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin “Şahinlər” I yer, 15 nömrəli tam orta məktəbin “Qalib əsgər” II yer, “Snayper” komandası isə III yer tutub.

Qalib komandalar fəxri fərman, medal və hədiyyələr ilə təltif olunublar.

Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi
Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi