Sumqayıtda həkimlər üçün seminar təşkil edilib

Total
0
Shares
1 nömrəli Şəhər Xəstəxanasında növbəti seminar keçirilib
Foto Sumqayıt Tibb Mərkəzi

1 nömrəli Şəhər Xəstəxanasında növbəti seminar keçirilib. Sumqayıt24 bu barədə Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.

Görüş laborator analizlərdəki yeniliklər və analizlərin rasional qaydada seçilməsinin təkmilləşdirilməsi məqsədini daşıyıb. Tibb ocaqlarının ixtisas həkimlərinin qatıldığı seminarda mütəxəssis, infeksionist-hepatoloq Vüsalə Yaşar “Viral hepatitlərin laborator diaqnostikası” mövzusunda təqdimatla çıxış edib. O, bu sahədə olan yenilikləri iştirakçıların diqqətinə çatdırıb.

Sonda həkimləri maraqlandıran suallar cavablandırılıb.