Sumqayıtda Heydər Əliyev prospektinin bir hissəsinə natəmizlik hökm sürür

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Sumqayıt şəhərin Heydər Əliyev prospektinin bir hissəsində yığımış zibil həftələrlə təmizlənmir. Bu haqda Sumqayıt24-də məlumat bu gün 13 dekabr tarixində daxil olub.

Natəmizlik prospektin 19-cu məhəlləyə düşən hissəsində yaranıb. Burada yüksək mərtəbəli yaşayış binasının altında tullantılar yığılıb. Sakinlərin sözlərinə görə, bu vəziyyət həftələrlə aradan qaldırılmır.

Daha bir poblemli yer, şəhərin 76-ci məhəlləsidir. Əldə etdiyimiz məlumata əsasən, Çerkassı küçəsində mövcud olan zibil qabları vaxtı vaxtında təmizlənmir. Bu səbəbdən, sakinlər tullantıları qutuların qırağına atmağa məcbur olur. Güclü külək əsən zaman isə zibil ətrafa səpələnir.

“Vaxtında daşınmayan zibil pis qoxu və anisaniariyaya şərait yaradır. Külək əsəndə isə bu zibil lap betər günə qoyur buraları”,- deyə sakin bildirib.

Foto Sumqayıt24
Foto Sumqayıt24