Sumqayıtda Heydər Əliyevin xatirəsi anılıb

Total
0
Shares
Foto sumqayit-ih.gov.az
Foto sumqayit-ih.gov.az

Sumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Millət vəkilləri Müşfiq Məmmədli, Emin Hacıyev, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Onlar Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda onun abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb və dahi şəxsiyyətin xatirəsini yad ediblər.

Daha sonra, iştirakçılar Heydər Əliyev mərkəzində keçirilən tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film izləyiblər.